AAYDA: Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur

AAYDA: Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir olunur
10.05.2024 16:19
Aa
dəq

Bakının Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) təmir işləri aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Təmir çərçivəsində uzunluğu 910 metr təşkil edən küçə boyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin bərpası işləri yerinə yetirilib. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Qeyd edək ki, küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan digər qurumlarla koordinasiyalı şəkildə aparılır. Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq. Yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Həftənin ən çox oxunanları

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
DAVAMIN OXU davamın oxu

“Xəqani” bağı abadlaşdırmadan sonra belə olacaq - FOTOLAR

“Xəqani” bağı abadlaşdırmadan sonra belə olacaq - FOTOLAR
DAVAMIN OXU davamın oxu

Nazir: Orta Dəhliz vasitəsilə nəqliyyatın həcmində davamlı artım müşahidə olunur

Nazir: Orta Dəhliz vasitəsilə nəqliyyatın həcmində davamlı artım müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
DAVAMIN OXU davamın oxu

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu