Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 p.m istilik sisteminin izolyasiyası, 30 p.m elektrik kabelləri və 5 m² sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub.
Masazırda istixanada yanğın baş verib
Oxşar xəbərlər
Video
Multimedia
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Video
Multimedia
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb
Video
Multimedia
Su basmış ərazilərdən 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Video
Kriminal
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslər tutulub - VİDEO
Eyni mövzuda
Daha çox: Multimedia
Video
Multimedia
Bakıda şəhid bulağından oğurluq edilib
Video
Multimedia
Azərbaycana 41 kq narkotik keçirən İran vətəndaşı saxlanılıb - VİDEO
Foto
Multimedia
Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir - VİDEO
Foto
Multimedia