Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən “Giltex” MMC-yə məxsus pambıq anbarında yanğın-taktiki təlim keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən anbar tipli obyektlərdə, eləcə də açıq sahələrdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu isə ərazidə “yaralıların xilas edilməsi” əməliyyatlarını yerinə yetiriblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə FHN-in 9 texnika və 65 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib - VİDEO
Foto qalereya
Oxşar xəbərlər
Video
Multimedia
Dövlət Xidməti Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Video
Multimedia
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb
Video
Multimedia
Su basmış ərazilərdən 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
Video
Kriminal
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edən şəxslər tutulub - VİDEO
Eyni mövzuda
Daha çox: Multimedia
Video
Multimedia
Bakıda şəhid bulağından oğurluq edilib
Video
Multimedia
Azərbaycana 41 kq narkotik keçirən İran vətəndaşı saxlanılıb - VİDEO
Foto
Multimedia
Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir - VİDEO
Foto
Multimedia