Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasında sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.
Əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Milli Məclis
Milli Məclis
İnzibati xəta törətmiş şəxsə məcburi psixatriya yardımının göstərilməsi ilk oxunuşda qəbul edilib
Milli Məclis
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunları qəbul etdi
Milli Məclis
Sosial şəbəkələrə yeni cərimələr tətbiq edildi: Qaydalar sərtləşir
Milli Məclis