İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvəlləri məlumat yayıb.
Bildirilib ki, İsrail hava zərbələri nəticəsində Livanın cənubunda iki Hizbullah komandiri - Əhməd Mustafa Əlhaj Əli və Məhəmməd Əli Həmədanı öldürülüb.
Məlumata görə, öldürülənlər İsrail ərazilərinə çoxsaylı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh olan Hizbullah komandirləridir .
Bundan əlavə İsrail ordusunun ötən gecə Livanın cənubunda və Beyrutda silah anbarlarına zərbələr endirdiyi qeyd olunub.
O da bildirilib ki, Beyrutdakı zərbələrdən əvvəl mülki şəxslərə dəyən zərəri məhdudlaşdırmaq üçün müxtəlif addımlar atılıb, təxliyə üçün əvvəlcədən xəbərdarlıq edilib.
İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb
Oxşar xəbərlər
Eyni mövzuda
Digər
İsrail ordusu Livanın cənubundakı Hizbullah hədəflərinə yeni zərbələr endirdi
Digər
İsrail ordusu Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq
Digər
İsrail və Livan arasında danışıqların dördüncü raundu baş tutub
Digər