Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi və ya Kiyevə hərbi yardımı əhəmiyyətli dərəcədə artırması ehtimalını aşağı qiymətləndirirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında nəzərdə tutulan görüşün problemsiz keçəcəyinə də zəmanət yoxdur.
Mənbələr bunu ABŞ prezidentinin "qeyri-proqnozlaşdırılan davranışı" ilə əlaqələndiriblər.
Tramp isə bundan əvvəl bildirib ki, həm Moskvanın, həm də Kiyevin Ukrayna münaqişəsinin nizamlanmasında maraqlı olduğuna inanır.
Onun sözlərinə görə, bu məsələ iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində də müzakirə olunacaq.