Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə köçürülən ilk ailələr artıq yaşayış məntəqəsinə çatıblar. Köç prosesi çərçivəsində respublikanın müxtəlif bölgələrində yerləşən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 14 ailə (ümumilikdə 64 nəfər) daimi yaşayış yerlərinə yerləşdirilib.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Həmçinin, Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqların işğaldan azad olunduğunu vurğulayan sakinlər, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.