İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 35 gəminin keçidi ilə bağlı hesabat dərc edib. SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri müvafiq icazələr alındıqdan və hərbi qüvvələrlə koordinasiya təmin edildikdən sonra boğazdan keçib.
Gəmilərin hərəkəti SEPAH-ın dəniz qüvvələrinin nəzarəti altında həyata keçirilib. Qurumun açıqlamasında qeyd olunub ki, ABŞ-ın bölgədəki hərbi fəaliyyətlərinin yaratdığı risklərə rəğmən, SEPAH qlobal ticarətin və gəmiçiliyin fasiləsizliyini qorumaq üçün təhlükəsiz marşrut təmin edib.