Mayın 22-si saat 11:00-a olan vəziyyətə əsasən, Azərbaycanın əksər bölgələrində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi ərazilərdə yağıntıların intensiv və güclü xarakter daşıdığı bildirilir.
Havanın temperaturunun aşağı düşdüyü Şahdağda qar müşahidə olunub və qar örtüyünün hündürlüyü 1 sm təşkil edir. Ölkə üzrə düşən yağıntının miqdarı ilə bağlı statistik göstəricilər aşağıdakı kimidir:
- Qax (Sarıbaş): 47 mm
- Zaqatala: 41 mm
- Qusar (Laza): 35 mm
- Şəki (Kişçay): 27 mm
- Daşkəsən: 21 mm
- Balakən: 17 mm
- Oğuz: 16 mm
- Şahdağ: 15 mm
- Gədəbəy: 14 mm
- İsmayıllı, Naftalan: 10 mm
- Sədərək: 9 mm
- Biləsuvar, Qəbələ: 8 mm
- Lerik, Qrız, Ağsu, Gəncə, Göygöl: 7 mm
- Bərdə, Mingəçevir, Naxçıvan, Şərur: 6 mm
- Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuz: 5 mm
- Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubad: 4 mm
- Beyləqan, İmişli, Şamaxı, Ağstafa: 3 mm
- Bakı, Abşeron yarımadası, Kürdəmir: 2 mm
- Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli: 1 mm