Azərbaycanın dayanıqlı inkişaf və qlobal təşəbbüslərə yanaşması, eləcə də üzərinə götürdüyü vəzifələri yerinə yetirmək əzmi xüsusi vurğulanıb. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən WUF13-ün bağlanış mərasimində çıxış edərək, ölkəmizin bu sahədə nümayiş etdirdiyi baxış və sadiqliyi qeyd edib.
Rossbaxın sözlərinə görə, Azərbaycanın nümayiş etdirdiyi işgüzar yanaşma və strateji hədəflərə sadiqlik beynəlxalq əməkdaşlıq üçün mühüm əsas yaradır.