Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan strateji neft ehtiyatı mərkəzi yaratmağı planlaşdırır

2 dəq
Paylaş:
Pakistan strateji neft ehtiyatı mərkəzi yaratmağı planlaşdırır

hökuməti qlobal neft marşrutlarının mərkəzlərindən biri olan Hörmüz boğazına yaxın məsafədə Qvadar dərin sulu limanında strateji neft ehtiyatları formalaşdırmaq niyyətindədir. “The Express Tribune” nəşrinin məlumatına görə, İslamabad bu məqsədlə “ Şəhəri” adlı layihəni həyata keçirməyi planlaşdırır.

Layihəyə Yaxın Şərqin əsas karbohidrogen istehsalçısı olan və Küveytin cəlb edilməsi nəzərdə tutulur. Rəsmi mənbələr bildirir ki, yaradılacaq strateji ehtiyatlar, xüsusilə müharibə kimi fövqəladə vəziyyətlərdə ölkənin tələbatını təmin etmək üçün istifadə olunacaq.

Dənizçilik naziri Məhəmməd Cüneyd Ənvər Çaudhari qeyd edib ki, “Enerji Şəhəri” tərəfdaşlar üçün də geniş imkanlar yaradacaq. Obyektin əsas funksiyaları aşağıdakılardır:

  • Neft, mayeləşdirilmiş təbii qaz (LNG) və mayeləşdirilmiş neft qazlarının (LPG) saxlanılması.
  • Beynəlxalq maraqlı tərəflərə ixrac imkanlarının təmin edilməsi.
  • Pakistanın daxili ehtiyacları ilə yanaşı, qlobal tələbatın qarşılanması.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax