Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

HHQ aviasiyasında təlim uçuşları keçirildi

2 dəq
Paylaş:
HHQ aviasiyasında təlim uçuşları keçirildi

Hava Qüvvələrinin aviasiya bölmələrində təlim-məşq uçuşları icra edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

​Əvvəlcə uçuş heyətinin sağlamlıq vəziyyəti yoxlanılıb, qaydaları çatdırıldıqdan sonra aviasiya vasitələrinə baxış keçirilib.

Sonra təlim-məşq planına əsasən, "JF-17C" (Block-III), "Su-25ML", "Su-25" və "L-39" tipli təyyarələrlə praktiki uçuşlar yerinə yetirilib.

​Təlimlərdə pilotlar fərdi və qrup şəklində uçuşlar edərək hava məkanında qarşılıqlı fəaliyyət, şərti tapşırıqlarının və taktiki manevrlərin icrası, hədəflərin aşkarlanaraq məhv edilməsi, eləcə də xüsusi hallarda düzgün qərar qəbul etmə üzrə bacarıqlarını inkişaf etdiriblər.

​Uçuş heyətinin döyüş hazırlığının və peşəkarlığının artırılması məqsədilə keçirilən təlim-məşqlərdə əsas diqqət müxtəlif meteoroloji və taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax