Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Trampın Zelenski ilə görüşünün əsas məqsədi məlum olub

2 dəq
Paylaş:
Donald Trampın Zelenski ilə görüşünün əsas məqsədi məlum olub

Donald Trampın Zelenski ilə münaqişəsini müzakirə edəcəyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı danışıqların aparılmasını vacib hesab edir və bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankara şəhərində keçiriləcək NATO sammiti çərçivəsində müzakirə etməyi planlaşdırır.

Bildirilir ki, Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, Tramp münaqişənin başa çatdırılması istiqamətində təxirəsalınmaz addımların atılmasında maraqlıdır. Zelenski ilə görüşdən sonra onun Rusiya Prezidenti Vladimir Putinlə də aparmasının gözlənildiyi qeyd olunur.

Qeyd olunur ki, Rusiya Prezidentinin məsələlər üzrə köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin Ukrayna böhranının siyasi-diplomatik yollarla həllinə üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, Putin Donald Trampla son telefon danışığında Moskvanın maraqlarının nəzərə alınması şərti ilə münaqişənin diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax