Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BMT rəsmisi: Azərbaycanın bərpa və quruculuq təcrübəsi qlobal miqyasda nümunəvi xarakter daşıyır

2 dəq
Paylaş:
BMT rəsmisi: Azərbaycanın bərpa və quruculuq təcrübəsi qlobal miqyasda nümunəvi xarakter daşıyır

Azərbaycanın işğaldan edilmiş ərazilərdə apardığı genişmiqyaslı və quruculuq işləri, davamlı sülhün təmin edilməsi, infrastrukturun yenilənməsi və iqtisadi potensialın reallaşdırılması istiqamətindəki fəaliyyəti müstəvidə nümunə kimi göstərilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş katibinin müavini Amina Mohammed BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanışına həsr olunmuş konfransında çıxışı zamanı bildirib.

Amina Mohammed qeyd edib ki, hazırda dünya iqlim dəyişiklikləri, münaqişələr, sosial bərabərsizlik, mənzil təminatı və artan borc yükü kimi bir-birini şərtləndirən çoxsaylı qlobal böhranlarla mübarizə aparır. Onun sözlərinə görə, mövcud çətinliklər dövlətlərin maliyyə resurslarını məhdudlaşdıraraq dayanıqlı infrastrukturun yaradılmasına və əsas xidmətlərin göstərilməsinə mənfi təsir göstərir.

BMT rəsmisi vurğulayıb ki, keçirilən forum çoxtərəfli əməkdaşlığın, idarəetmənin müxtəlif səviyyələrinin və yerli təşəbbüslərin qlobal problemlərin həllindəki həlledici rolunu bir daha təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax