Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, mayın 29-30-da Bakı, Abşeron yarımadası və bir sıra bölgələrdə hava şəraiti kəskin dəyişəcək. Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıqlar tətbiq olunub.
Narıncı xəbərdarlıq tətbiq olunan ərazilərdə şimal-qərb küləyinin sürətinin 20.8-28.4 m/san-dək güclənəcəyi proqnozlaşdırılır. Bu siyahıya aşağıdakı bölgələr daxildir:
- Bakı və Abşeron yarımadası
- Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar və Neftçala.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi gözlənilir.