Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib

1 dəq
Paylaş:
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib

Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Kvetta şəhərində qatarda aktı nəticəsində insan tələfatı və yaralananların olması ilə əlaqədar başsağlığı ünvanlayıb. Nazirliyin rəsmi "X" hesabında məsələ ilə bağlı paylaşım edilib.

Paylaşımda qeyd olunub: "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik".

XİN-dən verilən məlumata görə, bu cür terror aktlarına heç bir halda bəraət qazandırıla bilməz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax