Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2 dəq
Paylaş:
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2029-cu ildə Respublikasında əhalinin siyahıyaalınması həyata keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasında 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.

Fərmana əsasən, əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.

Azərbaycan Respublikasının 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməli, əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatların Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyasının təmin edilməsi ilə bağlı tədbirlər görməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax