# Viynaldum Avropa klubuna keçə bilər

**Mehman Mirzəzadə** · *2025-01-24T04:43:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/viynaldum-avropa-klubuna-kece-biler/47294)

![Viynaldum Avropa klubuna keçə bilər](https://operativmm.az/storage/posts/7a8d506765c70a1.webp)

> 34 yaşlı futbolçu ilə "Monako" maraqlanır. Fransa klubu hollandiyalını qış transfer pəncərəsində heyətinə qatmağı düşünür. Viynaldumun "Əl-İttifaq" ilə...

---

"Liverpul"un və PSJ-nin sabiq yarımmüdafiəçisi, hazırda "Əl-İttifaq"da çıxış edən Georginio Viynaldum Avropaya qayıda bilər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ilə "Monako" maraqlanır.

Fransa klubu hollandiyalını qış transfer pəncərəsində heyətinə qatmağı düşünür.

Viynaldumun "Əl-İttifaq" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Yarımmüdafiəçi cari mövsümdə 16 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

---

Tags: #avropaittifaqı #liverpul #ittifaq #psj

Source: https://operativmm.az/az/post/viynaldum-avropa-klubuna-kece-biler/47294
