# ÜST-nin Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb

**Mehman Mirzəzadə** · *2023-11-30T14:33:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ust-nin-azerbaycandaki-numayendeliyi-ehalini-qizilcaya-qarsi-peyvend-olunmaga-cagirib/21482)

![ÜST-nin Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb](https://operativmm.az/storage/posts/78fe054fddfaa8e.webp)

> Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Bu barədə nümayəndəlik sosial şəbəkə...

---

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə nümayəndəlik sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

"Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər".

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".

Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

---

Tags: #sosialşəbəkə #peyvənd #ömürlük #nümayəndəlik

Source: https://operativmm.az/az/post/ust-nin-azerbaycandaki-numayendeliyi-ehalini-qizilcaya-qarsi-peyvend-olunmaga-cagirib/21482
