# Türkmənistan Bakıda yeni səfirlik tikir

**Aidə Qurbanlı** · *2026-07-10T11:51:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/turkmenistan-bakida-yeni-sefirlik-tikir/75196)

![Türkmənistan Bakıda yeni səfirlik tikir](https://operativmm.az/storage/posts/turkmenistan-bakida-yeni-sefirlik-tikir-a6cbf9.webp)

> Türkmənistanın paytaxtımızda inşa edəcəyi diplomatik nümayəndəliyin yeri müəyyənləşib. İki ölkə arasındakı strateji əməkdaşlıq yeni binada necə əksini tapacaq?

---

Türkmənistan Azərbaycanda öz səfirliyinin yeni inzibati binasının tikintisini planlaşdırır.

Bu barədə [“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) Türkmənistan mediasına istinadən xəbər verir.

Bununla əlaqədar, Türkmənistan Tikinti və Memarlıq Nazirliyi beynəlxalq müsabiqə elan edib.

Maraqlı şirkətlərdən ərizə və təkliflər 2026-cı il avqustun 19-dək qəbul edilir və qeydiyyata alınır.

---

Tags: #səfirlik #türkmənistan #ərizə #edəcəyi

Source: https://operativmm.az/az/post/turkmenistan-bakida-yeni-sefirlik-tikir/75196
