# Tünzalə Əliyevanın qızı: "Çox istəyirəm ki, aktrisa olum"

**Əli Məmmədli** · *2023-03-16T14:38:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/tunzale-eliyevanin-qizi-cox-isteyirem-ki-aktrisa-olum/3594)

![Tünzalə Əliyevanın qızı: &quot;Çox istəyirəm ki, aktrisa olum&quot;](https://operativmm.az/storage/posts/c78fc56f74ebbd9.webp)

> Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk tamaşasında rol alıb. O, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatrının studiyası...

---

**Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra ilk tamaşasında rol alıb.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, o, Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatrının studiyası tərəfindən hazırlanan “Bahar” adlı inkluziv tamaşanın premyerasında iştirak edib.

Bu barədə “Söhbət var” verilişinin komandası süjet hazırlayıb.

_“Çox qəşəng oynadım. Özüm də çox sevinirəm. İlk dəfədir oynayırdım, qaranquş rolunda idim. Çox istəyirəm ki, aktrisa olum”,_ - deyə, Zəhra bildirib.

Qeyd edək ki, T. Əliyeva bu ilin yanvarında xərçəngdən dünyasını dəyişib.

---

Tags: #mərhum #əməkdar #əliyeva #özüm #zəhra

Source: https://operativmm.az/az/post/tunzale-eliyevanin-qizi-cox-isteyirem-ki-aktrisa-olum/3594
