# "Tottenham" yenidən "Liverpool"un müdafiəçisini transfer etmək istəyir

**OMM Redaksiyası** · *2026-04-15T02:30:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/tottenham-yeniden-liverpoolun-mudafiecisini-transfer-etmek-isteyir/70344)

![&quot;Tottenham&quot; yenidən &quot;Liverpool&quot;un müdafiəçisini transfer etmək istəyir](https://operativmm.az/storage/posts/tottenham-yeniden-liverpoolun-mudafiecisini-transfer-etmek-i-b31f9d.webp)

> "Tottenham" klubu yayda azad agent statusu alacaq "Liverpool"un müdafiəçisi Endi Robertsonla danışıqları davam etdirir.

---

**"Tottenham"** klubu bu yay **"Liverpool"**un müdafiəçisi Endi Robertsonu azad agent kimi heyətinə qatmaq üçün aktiv danışıqlar aparır.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə futbolçu müqaviləsinin başa çatması ilə əlaqədar 9 illik çıxışından sonra klubu tərk edəcəyini təsdiqləyib.

**"Tottenham"** 32 yaşlı sol cinah müdafiəçisi ilə çoxdan maraqlanır və onu yanvar transfer pəncərəsində də rənglərinə bağlamağa çalışmışdı.

Lakin o zaman **"Liverpool"** Robertsonu buraxmağa hazır deyildi.

London təmsilçisi Şotlandiya millisinin kapitanı ilə müqavilə imzalamaqda israrlıdır.

**"BBC Sport"**un mənbələrinə görə, tam razılıq əldə olunmasa da, danışıqlar irəliləyiş mərhələsindədir.

Bununla belə, transferin reallaşması **"Tottenham"**ın Premyer Liqada qalıb-qalmayacağından birbaşa asılıdır.

Hazırda Roberto De Dzerbinin rəhbərlik etdiyi komanda turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və **"West Ham"**dan iki xal geri qalaraq təhlükə zonasında yer alır.

---

Tags: #transfer #premyerliqa #agent #endi #liverpool #tottenham

Source: https://operativmm.az/az/post/tottenham-yeniden-liverpoolun-mudafiecisini-transfer-etmek-isteyir/70344
