# “TikTok” ötən il Azərbaycanda iki milyondan çox video silib

**Mehman Mirzəzadə** · *2024-04-01T13:18:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/tiktok-oten-il-azerbaycanda-iki-milyondan-cox-video-silib/29537)

![“TikTok” ötən il Azərbaycanda iki milyondan çox video silib](https://operativmm.az/storage/posts/f2707bfa1e470f8.webp)

> "TikTok"platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 video silib. Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə...

---

"TikTok"platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan **2 071 243** video silib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib.

Bunların **903 min 041-i** ötən ilin dördüncü rübündə silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının **98 %-**i platforma tərəfindən proaktiv şəkildə silinib. Videoların **95,8 %**-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə dördüncü rübdə **176 461 963** video İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, rüb ərzində "TikTok" tərəfindən silinən ən yüksək video sayıdır.

Silinmiş videoların **96,7 %**-i proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların **89,9 %**-i yayımlandıqdan sonra 24 saat ərzində silinib. **8 012 732** canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.

Qeyd olunub ki, ötən il dünya üzrə **13** yaşdan kiçik **76 milyon 484 min 236** istifadəçi hesabı silinib.

---

Tags: #avropaittifaqı #tiktok #asiya #icma #proaktiv #silinmiş

Source: https://operativmm.az/az/post/tiktok-oten-il-azerbaycanda-iki-milyondan-cox-video-silib/29537
