# Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

**Mehman Mirzəzadə** · *2025-04-16T12:55:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/terrorculugu-maliyyelesdirmekde-teqsirlendirilen-sexse-hokm-oxunub/51541)

![Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub](https://operativmm.az/storage/posts/5a0226d1e6b16b8.webp)

> Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə...

---

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Abit Mərdanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Abit Mərdanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Abit Mərdanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ötən ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunub.

---

Tags: #cinayətişi #şəki #hökm #mərdanov #abit

Source: https://operativmm.az/az/post/terrorculugu-maliyyelesdirmekde-teqsirlendirilen-sexse-hokm-oxunub/51541
