# Tacikistan Prezidenti AQEM sammiti üçün Bakıya gələcək

**Aidə Qurbanlı** · *2026-10-14T15:16:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/tacikistan-prezidenti-aqem-sammiti-ucun-bakiya-gelecek/82457)

![Tacikistan Prezidenti AQEM sammiti üçün Bakıya gələcək](https://operativmm.az/storage/posts/tacikistan-prezidenti-aqem-sammiti-ucun-bakiya-gelecek-123c00.webp)

> İmaməli Rəhmanın Azərbaycana səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin gündəliyi müzakirə olunacaq. Detallar:

---

Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.

Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.

Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.

---

Tags: #dövlətbaşçısı #nümayəndəheyəti #aqem #tacikistan #xariciişlər

Source: https://operativmm.az/az/post/tacikistan-prezidenti-aqem-sammiti-ucun-bakiya-gelecek/82457
