# Sirik limanı yaxınlığında balıqçı qayığı PUA hücumuna məruz qaldı

**OMM Redaksiyası** · *2026-10-14T13:46:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/sirik-limani-yaxinliginda-baliqci-qayigi-pua-hucumuna-meruz-qaldi/82440)

![Sirik limanı yaxınlığında balıqçı qayığı PUA hücumuna məruz qaldı](https://operativmm.az/storage/posts/sirik-limani-yaxinliginda-baliqci-qayigi-pua-hucumuna-meruz-aab530.webp)

> Hörmüzqan sahillərində baş verən insident zamanı 3 nəfər xəsarət alıb. Əhməd Nafisi ABŞ-yə məxsus pilotsuz uçuş aparatının balıqçı gəmisini vurduğunu açıqlayıb.

---

İranın cənubundakı Hörmüzqan əyalətində, Sirik limanı yaxınlığında balıqçı qayığı PUA hücumuna məruz qalıb.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç balıqçı yaralanıb.

Yaralı balıqçılar tibbi yardım göstərilməsi üçün Sirik xəstəxanasına çatdırılıblar.

Əyalət qubernatorunun siyasi və sosial məsələlər üzrə müavini Əhməd Nafisi balıqçı gəmisinin ABŞ-yə məxsus PUA tərəfindən vurulduğunu deyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

---

Tags: #abş #əhməd #pua #hörmüzqan #sirik

Source: https://operativmm.az/az/post/sirik-limani-yaxinliginda-baliqci-qayigi-pua-hucumuna-meruz-qaldi/82440
