# Şimali Kipr Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

**Aidə Qurbanlı** · *2026-05-28T10:36:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/simali-kiprin-xin-i-azerbaycani-musteqillik-gunu-munasibetile-tebrik-edib/72764)

![Şimali Kipr Xarici İşlər Nazirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib](https://operativmm.az/storage/posts/simali-kiprin-xin-i-azerbaycani-musteqillik-gunu-munasibetil-1651cb.webp)

> Nazirlik rəsmi "X" sosial şəbəkə hesabı vasitəsilə Azərbaycan xalqına xoş arzularını çatdırıb.

---

Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik mesajı yayımlayıb. **"Operativ Məlumat Mərkəzi-OMM"**-in məlumatına görə, qurumun rəsmi "X" sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda deyilir:

"Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır, qardaş və dost Azərbaycan xalqına firavanlıq və rifah arzulayırıq".

---

Tags: #azərbaycan #xin #sosialşəbəkə #dost #müstəqillik #səmimi #xariciişlər

Source: https://operativmm.az/az/post/simali-kiprin-xin-i-azerbaycani-musteqillik-gunu-munasibetile-tebrik-edib/72764
