# SEPAH ABŞ bazasını vurdu

**OMM Redaksiyası** · *2026-03-03T08:48:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/sepah-abs-bazasini-vurdu/68241)

![SEPAH ABŞ bazasını vurdu](https://operativmm.az/storage/posts/sepah-abs-bazasini-vurdu-0e76e5.webp)

> İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ hərbi hava bazasına qarşı genişmiqyaslı PUA və raket...

---

**İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)** tərəfindən **Bəhreyn**in **Şeyx İsa** bölgəsində yerləşən **ABŞ hərbi hava bazası**na qarşı genişmiqyaslı **PUA** və **raket hücumu** həyata keçirilib.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə **SEPAH**-ın yaydığı rəsmi məlumatda qeyd olunub.

Hücumun **"Gerçək vəd-4" əməliyyatı**nın on dördüncü dalğası çərçivəsində edildiyi bildirilir. Məlumata görə, əməliyyat zamanı **20 PUA** və **3 raket** müəyyən olunmuş hədəflərə dəqiq zərbə endirib.

Məlumatda vurğulanıb: "Nəticədə **ABŞ hərbi hava bazası**nın əsas komandanlıq və qərargah binası məhv edilib."

Xatırladaq ki, **ABŞ** və **İsrail** **28 fevral** tarixində **İran**a qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. **İran** isə cavab olaraq **İsrail** ərazisinə raketlər buraxıb.

Bundan əlavə, İran qüvvələri **ABŞ**-nin **Fars körfəzi** ölkələrində yerləşən **on dörd hərbi bazası**na hücum edib. Yaxın Şərqdəki gərginliklə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri **Əli Xamenei**nin **ABŞ** və **İsrail**in hücumları nəticəsində öldürüldüyü bildirilir.

---

Tags: #iran #abş #israil #raket #sepah #pua

Source: https://operativmm.az/az/post/sepah-abs-bazasini-vurdu/68241
