# "Şaxtyor" braziliyalı hücumçu transfer edib

**Mehman Mirzəzadə** · *2023-07-21T16:18:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/saxtyor-braziliyali-hucumcu-transfer-edib/13835)

![&quot;Şaxtyor&quot; braziliyalı hücumçu transfer edib](https://operativmm.az/storage/posts/5d6f3c6d4d3c61e.webp)

> "Şaxtyor" 18 yaşlı vinger Nevertonun transferini açıqlayıb. Tərəflər 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb. "Transfermarkt"in məlumatına görə,...

---

"Şaxtyor" 18 yaşlı vinger Nevertonun transferini açıqlayıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2028-ci ilin iyununa qədər müqavilə imzalayıb.

"Transfermarkt"in məlumatına görə, "Şaxtyor" futbolçu üçün 3,6 milyon avro ödəyəcək.

Xatırladaq ki, Neverton 2021-ci ildə U-17 “San Paulo”nun heyətində 28 oyun keçirib və 18 qol vurub. 2022 mövsümündə o, Sao Paulo U-20 ilə debüt edib, burada bir il yarım ərzində Braziliya Gənclər Çempionatında və Sao Paulo Dövlət Kubokunda 24 oyun keçirib və 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

---

Tags: #transfer #şaxtyor #paulo

Source: https://operativmm.az/az/post/saxtyor-braziliyali-hucumcu-transfer-edib/13835
