# "Sampdoriya" A seriyasında qalmaq şansını itirib

**Mehman Mirzəzadə** · *2023-05-09T06:00:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/sampdoriya-a-seriyasinda-qalmaq-sansini-itirib/8150)

![&quot;Sampdoriya&quot; A seriyasında qalmaq şansını itirib](https://operativmm.az/storage/posts/a8e5869a0074f22.webp)

> 9-cu dəqiqədə Roberto Pereyra meydan sahiblərini hesabda irəli çıxarıb, 34-cü dəqiqədə isə Adam Masina fərqlənib. Nəticədə turnir cədvəlində “Sampdoriya”...

---

İtaliya A Seriyasının 34-cü turunda "Udineze"yə məğlub olan "Sampdoriya" (0:2) İtaliya elitasında qalmaq şansını itirib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, 9-cu dəqiqədə Roberto Pereyra meydan sahiblərini hesabda irəli çıxarıb, 34-cü dəqiqədə isə Adam Masina fərqlənib.

Nəticədə turnir cədvəlində “Sampdoriya” sonuncu, 20-ci pillədə qərarlaşıb.

Komanda yüksək liqada 11 mövsüm keçirdikdən sonra B Seriyasına düşüb.

---

Tags: #italiya #roberto #udineze

Source: https://operativmm.az/az/post/sampdoriya-a-seriyasinda-qalmaq-sansini-itirib/8150
