# Sahibə Qafarova Qətərin keçmiş əmirinin dəfnində iştirak edəcək

**Aidə Qurbanlı** · *2026-07-14T11:27:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/sahibe-qafarova-qeterin-kecmis-emirinin-defninde-istirak-edecek/75383)

![Sahibə Qafarova Qətərin keçmiş əmirinin dəfnində iştirak edəcək](https://operativmm.az/storage/posts/sahibe-qafarova-qeterin-kecmis-emirinin-defninde-istirak-ede-b79297.webp)

> Milli Məclisin sədri Sahibə Qafarova Qətər dövlətinə rəsmi səfərə yola düşüb. Parlament rəhbəri sabiq əmirin vida mərasimində Azərbaycanı təmsil edəcək.

---

Milli Məclisin sədri Sahibə Qafarova Qətərin keçmiş əmiri, mərhum Şeyx Xəlifə bin Həməd Əl Taninin dəfn mərasimində iştirak edəcək.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov qanunverici orqanın növbədənkənar sessiyasının bugünkü iclasında məlumat verib.

O qeyd edib ki, S.Qafarova bununla bağlı Qətərdə səfərdədir.

Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.

---

Tags: #sahibəqafarova #milliməclis #şeyx #parlament #qətər #əmir

Source: https://operativmm.az/az/post/sahibe-qafarova-qeterin-kecmis-emirinin-defninde-istirak-edecek/75383
