# Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb

**Mehman Mirzəzadə** · *2025-10-24T11:13:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/sahibe-qafarova-cenevrede-alen-simonyanla-gorusunden-danisib/61666)

![Sahibə Qafarova Cenevrədə Alen Simonyanla görüşündən danışıb](https://operativmm.az/storage/posts/600fd40206778b2.webp)

> Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb. Parlamentin bu gün keçirilən iclasında Sahibə...

---

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə ermənistanlı həmkarı Alen Simonyanla görüşündən danışıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Sahibə Qafarova deyib ki, görüş Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüşdür.

“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq çərçivəsində 3-cü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılıqların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davamı etdirilməsinin vacibliyi qeyd edildi”, - deyə Sahibə Qafarova bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.

---

Tags: #ermənistan #sahibəqafarova #milliməclis #alen #ittifaq

Source: https://operativmm.az/az/post/sahibe-qafarova-cenevrede-alen-simonyanla-gorusunden-danisib/61666
