# Rusiya Azərbaycanla İrana yardım göndərir

**OMM Redaksiyası** · *2026-03-25T14:20:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/rusiya-azerbaycanla-irana-yardim-gonderir/69236)

![Rusiya Azərbaycanla İrana yardım göndərir](https://operativmm.az/storage/posts/rusiya-azerbaycanla-irana-yardim-gonderir-38d7d1.webp)

> Bakının Abşeron stansiyasına çatacaq 300 tonluq humanitar yükdə nələr var? FHN-in göndərdiyi dərman vasitələrinin İrana təhvil verilməsinin rəsmi təfərrüatları.

---

Sabah **Bakıdakı “Abşeron” dəmiryolu stansiyasına** çatdırılacaq **Rusiyanın Fövqəladə Hallar Nazirliyinin** humanitar yardımı **İran tərəfinə** təhvil veriləcək.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu barədə **Rusiyanın Azərbaycandakı səfirliyi** məlumat yayıb.

Məlumata görə, yardım **300 tondan çox dərman vasitələrindən** ibarətdir. Təhvil alınacaq humanitar yardım yük maşınları vasitəsilə **İrana** aparılacaq.

---

Tags: #iran #rusiya #dərman #humanitaryardım #abşeron #tonluq

Source: https://operativmm.az/az/post/rusiya-azerbaycanla-irana-yardim-gonderir/69236
