# Rusiya - Ukrayna müharibəsində 10 minədək mülki şəxs həlak olub

**Əli Məmmədli** · *2023-08-30T10:45:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/rusiya---ukrayna-muharibesinde-10-minedek-mulki-sexs-helak-olub/16299)

![Rusiya - Ukrayna müharibəsində 10 minədək mülki şəxs həlak olub](https://operativmm.az/storage/posts/045cd0883d09e17.webp)

> 17206 nəfər isə yaralanıb. Qeyd olunub ki, Ukraynanın Rusiya qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 2115 mülki şəxs həyatını itirib.

---

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) bildirib ki, Rusiyanın ötən il Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra 9511 mülki şəxs həlak olub.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, 17206 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Ukraynanın Rusiya qüvvələri tərəfindən işğal olunmuş ərazilərində 2115 mülki şəxs həyatını itirib.

---

Tags: #ukrayna #rusiya #birləşmişmillətlər #insanhaqları #minədək #ohchr

Source: https://operativmm.az/az/post/rusiya---ukrayna-muharibesinde-10-minedek-mulki-sexs-helak-olub/16299
