# Rosarioda Messinin şərəfinə 30 metrlik futbolka quraşdırılıb

**OMM Redaksiyası** · *2026-10-06T00:18:17+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/rosarioda-messinin-serefine-30-metrlik-futbolka-qurasdirilib/81087)

![Rosarioda Messinin şərəfinə 30 metrlik futbolka quraşdırılıb](https://operativmm.az/storage/posts/rosarioda-messinin-serefine-30-metrlik-futbolka-qurasdirilib-117003.webp)

> Argentinanın Rosario şəhərində Lionel Messinin 10 nömrəli forması və “Gracias” (“Təşəkkürlər”) yazısı əks olunan nəhəng instalyasiya nümayiş etdirilib. “Infobae”nin məlumatına görə, Argentina millisinin Beninlə oktyabrın 7-də keçirəcəyi yoldaşlıq oyunu Messi üçün yığmada son matç olacaq.

---

Argentinanın Rosario şəhərində Lionel Messinin şərəfinə milli komandanın 30 metrlik futbolkası quraşdırılıb. “Infobae”nin məlumatına görə, instalyasiya Milli Bayraq Abidəsinin qarşısında yerləşdirilib.

Futbolkada Messinin geyindiyi 10 nömrə və “Gracias” (“Təşəkkürlər”) yazısı əks olunub. Qurğu oktyabrın 5-nə keçən gecə quraşdırılıb. İnstalyasiya üçün xüsusi işıqlandırma və audiovizual proyeksiya da hazırlanıb.

Argentina millisi oktyabrın 7-də Beninlə yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşma Messi üçün milli komandanın heyətində sonuncu matç olacaq.

---

Tags: #LionelMessi #Argentinamillisi #Beninmillisi

Source: https://operativmm.az/az/post/rosarioda-messinin-serefine-30-metrlik-futbolka-qurasdirilib/81087
