# Ronaldu karyerasını harada bitirmək istədiyini açıqlayıb

**Afət Ziyadqızı** · *2024-08-27T12:33:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/ronaldo-karyerasini-harada-bitirmek-istediyini-aciqlayib/38283)

![Ronaldu karyerasını harada bitirmək istədiyini açıqlayıb](https://operativmm.az/storage/posts/65c569fbe200dcc.webp)

> Portuqaliyalı hücumçu Kriştiano Ronaldu klub karyerasının sonuna qədər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış etməyi planlaşdırdığını etiraf...

---

Portuqaliyalı hücumçu Kriştiano Ronaldu klub karyerasının sonuna qədər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış etməyi planlaşdırdığını etiraf edib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, onun sözlərini "Daily Sports" nəşri sitat gətirib.

“Tezliklə, yoxsa iki və ya üç ildən sonra təqaüdə çıxacağımı bilmirəm, amma yəqin ki, “Əl-Nəsr”də təqaüdə çıxacağam. Mən burada xoşbəxtəm. Mən bu çempionatda oynamağı sevirəm, bunu davam etdirmək istəyirəm”, - deyə Ronaldo bildirib.

Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümündə Ronaldo 3 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

---

Tags: #səudiyyəərəbistanı #nəsr #kriştiano #ronaldo #çıxacağam

Source: https://operativmm.az/az/post/ronaldo-karyerasini-harada-bitirmek-istediyini-aciqlayib/38283
