# “Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır” - Kəmaləddin Heydərov

**Mehman Mirzəzadə** · *2024-12-26T00:56:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/reanimasiyada-olan-uc-neferden-basqa-hamisi-yaxsidir---kemaleddin-heyderov/45770)

![“Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır” - Kəmaləddin Heydərov](https://operativmm.az/storage/posts/82299759d4f7d91.webp)

> “Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”. Bunu Azərbaycanın fövqəladə hallar naziri...

---

**“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək:

“Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o biri gün vətənə gətiriləcək”.

---

Tags: #azərbaycan #heydərov #olduq

Source: https://operativmm.az/az/post/reanimasiyada-olan-uc-neferden-basqa-hamisi-yaxsidir---kemaleddin-heyderov/45770
