# "Real Madrid" Toni Kroosun müqaviləsinin müddətini uzadıb

**Afət Ziyadqızı** · *2023-06-21T14:31:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/real-madrid-toni-kroosun-muqavilesinin-muddetini-uzadib/11745)

![&quot;Real Madrid&quot; Toni Kroosun müqaviləsinin müddətini uzadıb](https://operativmm.az/storage/posts/b91deb1135a2ebe.webp)

> 33 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Qeyd edək ki, 2014-cü ildən "Real Madrid"də çıxış edən almaniyalı...

---

İspaniyanın "Real Madrid" klubu futbolçusuu Toni Kroosun müqaviləsinin müddətini uzadıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ildən "Real Madrid"də çıxış edən almaniyalı oyunçu bu müddət ərzində 3 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının, eyni sayda UEFA Super Kubokunun, 5 dəfə klublararası dünya çempionatının, 1 dəfə İspaniya Kubokunun, 3 dəfə isə İspaniya Super Kubokunun qalibi olub.

---

Tags: #çempionlarliqası #realmadrid #super #dünyaçempionatı #toni

Source: https://operativmm.az/az/post/real-madrid-toni-kroosun-muqavilesinin-muddetini-uzadib/11745
