# “Real Madrid” İspaniya Kubokunun qalibi olub

**Afət Ziyadqızı** · *2023-05-07T02:44:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/real-madrid-ispaniya-kubokunun-qalibi-olub/7924)

![“Real Madrid” İspaniya Kubokunun qalibi olub](https://operativmm.az/storage/posts/bcd248999793a0f.webp)

> Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real...

---

“Real Madrid” 20-ci dəfə İspaniya Kral Kubokunu qazanıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, Madrid klubu turnirin həlledici oyununda “Osasuna”ya qalib gəlib. Sevilyadakı "Olimpiko de Sevilya-La Kartuxa" stadionunda keçirilən görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin heyətində Rodriqo dubla imza atıb. “Osasuna”nın yeganə qolunu Lukas Torro vurub.

“Real Madrid” üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Turnirdə qazanılan kubokların sayına görə Madrid üçüncü yerdədir.

Qeyd edək ki, Madrid klubu 2014-cü ildən sonra ilk dəfə ölkə Kubokunu qazanıb.

Turnirdə qələbələrin sayına görə rekordçu 31 kubok qazanan “Barselona”dır. Siyahıda ikinci yerdə 23 qələbəsi olan “Atletik Bilbao” qərarlaşıb.

---

Tags: #kral #imza #realmadrid #qalibi #rodriqo #dubla

Source: https://operativmm.az/az/post/real-madrid-ispaniya-kubokunun-qalibi-olub/7924
