# "Real Madrid" daha bir futbolçu ilə müqavilə müddətini uzatmaq istəyir

**Mehman Mirzəzadə** · *2023-11-01T13:39:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/real-madrid-daha-bir-futbolcu-ile-muqavile-muddetini-uzatmaq-isteyir/19963)

![&quot;Real Madrid&quot; daha bir futbolçu ilə müqavilə müddətini uzatmaq istəyir](https://operativmm.az/storage/posts/c54c3744cf2ea8a.webp)

---

"Real Madrid" hücumçusu Vinisius Juniorla müqaviləni uzatdıqdan sonra daha bir ulduzla yeni müqavilə imzalamaq niyyətindədir.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) "Todofichajes"-a istinadən xəbər verir ki, kral klubunun rəhbərliyi braziliyalı hücumçu Rodriqo Qoes ilə müqavilənin uzadılması barədə razılığa gəlmək istəyir. "Los Blancos" ona 2028-ci ilin ortalarına qədər müqavilə təklif etmək istəyir.

İspaniya çempionatının cari mövsümündə braziliyalı 11 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

---

Tags: #kral #realmadrid #vinisius #rodriqo #todofichajes

Source: https://operativmm.az/az/post/real-madrid-daha-bir-futbolcu-ile-muqavile-muddetini-uzatmaq-isteyir/19963
