# Qətər yığması futbol üzrə Asiya Kubokunun qalibi olub

**Mehman Mirzəzadə** · *2024-02-10T21:52:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/qeter-yigmasi-futbol-uzre-asiya-kubokunun-qalibi-olub/26130)

![Qətər yığması futbol üzrə Asiya Kubokunun qalibi olub](https://operativmm.az/storage/posts/d879272599eaf11.webp)

---

Futbol üzrə Asiya Kubokunda İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.

---

Tags: #futbol #qətər #qalibi #asiya #əkrəm #afif

Source: https://operativmm.az/az/post/qeter-yigmasi-futbol-uzre-asiya-kubokunun-qalibi-olub/26130
