# "Qəbələ" legioneri ilə yollarını ayırıb

**Mehman Mirzəzadə** · *2024-08-30T12:14:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/qebele-legioneri-ile-yollarini-ayirib/38522)

![&quot;Qəbələ&quot; legioneri ilə yollarını ayırıb](https://operativmm.az/storage/posts/482054557730bb3.webp)

> "Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı müdafiəçi ilə müqaviləyə...

---

"Qəbələ" futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-ci ilin iyulundan komandada çıxış edən ukraynalı oyunçu qırmızı-qara formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan Kubokunda 3 oyunda iştirak edib.

---

Tags: #premyerliqa #bölgə #müdafiəçi #zurab

Source: https://operativmm.az/az/post/qebele-legioneri-ile-yollarini-ayirib/38522
