# QDİƏT Parlament Məclisinin Baş katibi Azərbaycana başsağlığı verib

**Afət Ziyadqızı** · *2024-12-27T17:04:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/qdiet-parlament-meclisinin-bas-katibi-azerbaycana-bassagligi-verib/45916)

![QDİƏT Parlament Məclisinin Baş katibi Azərbaycana başsağlığı verib](https://operativmm.az/storage/posts/29d454ad4dd7585.webp)

> Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu...

---

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi adından Sizə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirik".

---

Tags: #azərbaycanprezidenti #ilhaməliyev #başkatibi #parlament #dəniz #qdiət

Source: https://operativmm.az/az/post/qdiet-parlament-meclisinin-bas-katibi-azerbaycana-bassagligi-verib/45916
