# “Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb

**Mehman Mirzəzadə** · *2024-09-09T16:40:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/qarabag-fransali-hucumcu-ile-yollarini-ayirib/39194)

![“Qarabağ” fransalı hücumçu ilə yollarını ayırıb](https://operativmm.az/storage/posts/1504ce0be849156.webp)

> “Qarabağ” komandası futbolçusu Hamidu Keytayla yollarını ayırıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə klubdan məlumat verilib. İyirmi doqquz yaşlı...

---

“Qarabağ” komandası futbolçusu Hamidu Keytayla yollarını ayırıb.

Bu barədə ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az)-ə klubdan məlumat verilib.

İyirmi doqquz yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

---

Tags: #qarabağ #premyerliqa #xitam #iyirmi

Source: https://operativmm.az/az/post/qarabag-fransali-hucumcu-ile-yollarini-ayirib/39194
