# "Qalatasaray" "Şaxtyor"un gənc ulduzunu transfer etmək istəyir

**OMM Redaksiyası** · *2026-04-14T11:54:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/qalatasaray-saxtyorun-genc-ulduzunu-transfer-etmek-isteyir/70287)

![&quot;Qalatasaray&quot; &quot;Şaxtyor&quot;un gənc ulduzunu transfer etmək istəyir](https://operativmm.az/storage/posts/qalatasaray-saxtyorun-genc-ulduzunu-transfer-etmek-isteyir-b92744.webp)

> İstanbul təmsilçisi "Şaxtyor"un 20 yaşlı vingeri Alisson Santananı hədəfə alıb.

---

**İstanbulun "Qalatasaray" klubu "Şaxtyor"un 20 yaşlı futbolçusu Alisson Santananı öz transfer siyahısına əlavə edib.**

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə nəhəngi Barış Alper Yılmazın ehtimal olunan gedişi və icarəyə götürülmüş oyunçuların qeyri-müəyyən gələcəyi fonunda bu addımı atmağa hazırlaşır.

Qeyd edək ki, Ukrayna təmsilçisi Alissonu **"Atletiko Mineyro"**dan 14 milyon avroya transfer etmişdi. Gənc oyunçunun müqaviləsi 2029-cu ilin dekabrına qədər qüvvədədir.

**"Fotospor"** nəşrinin məlumatına görə, futbolçu universallığı ilə İstanbul klubunun diqqətini cəlb edir.

Mümkün transferlə bağlı yekun qərarın Arda Turanın rəyindən asılı olacağı bildirilir. **"Qalatasaray"** rəsmi təklif göndərmək üçün onun reaksiyasını gözləyir. Türkiyə klubunun bu transfer üçün nə qədər vəsait ayıracağı isə hələlik məlum deyil.

---

Tags: #transfer #futbol #qalatasaray #istanbul #vingeri #şaxtyor #alisson

Source: https://operativmm.az/az/post/qalatasaray-saxtyorun-genc-ulduzunu-transfer-etmek-isteyir/70287
