# Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb

**Ayşə Aslan** · *2023-05-11T10:14:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/proaktiv-qaydada-pensiya-muavinet-teqaud-teyin-olunanlarin-sayi-aciqlanib/8447)

![Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlanıb](https://operativmm.az/storage/posts/801f44b4b5277c6.webp)

---

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az/post/zire-yeni-transferini-aciqlayib/241)-ə bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

 
Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

---

Tags: #müavinət #təqaüd #sosialmüdafiə #mini #sistem #proaktiv

Source: https://operativmm.az/az/post/proaktiv-qaydada-pensiya-muavinet-teqaud-teyin-olunanlarin-sayi-aciqlanib/8447
