# Prezident İlham Əliyev: Bayden Azərbaycana qarşı sanksiyaların təşəbbüskarı olub

**Aidə Qurbanlı** · *2026-07-13T11:15:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/prezident-ilham-eliyev-bayden-azerbaycana-qarsi-sanksiyalarin-tesebbuskari-olub/75298)

![Prezident İlham Əliyev: Bayden Azərbaycana qarşı sanksiyaların təşəbbüskarı olub](https://operativmm.az/storage/posts/prezident-ilham-eliyev-bayden-azerbaycana-qarsi-sanksiyalari-162170.webp)

> Dövlət başçısı ABŞ liderinin ölkəmizə münasibətini açıqlayıb. Co Baydenin keçmişdəki qanunvericilik təşəbbüsləri və rəsmi Bakıya qarşı mövqeyi müzakirə edilir.

---

Bayden senator olanda o, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu. Onun regionla bağlı baxışı bu idi - region parçalanmalı idi, münaqişələr içərisində olmalı idi, qarşıdurma olmalı idi. Əlbəttə ki, belə olan şəraitdə məqsədlərə nail olmaq daha asan olur.

[“Operativ Məlumat Mərkəzi-OMM”](https://operativmm.az/az) xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

“Ancaq cənab Trampın təbiəti fərqlidir. O, sülhü istəyir və sülhü imkan kimi görür. Bu gün sülh artıq bərqərar olunubdur, artıq yeni imkanlar yaradılıb”, - deyə dövlətimizin başçısı qeyd edib.

---

Tags: #ilhaməliyev #sülh #prezident #bayden #abş #dövlətbaşçısı #mövqeyi #qanunvericilik

Source: https://operativmm.az/az/post/prezident-ilham-eliyev-bayden-azerbaycana-qarsi-sanksiyalarin-tesebbuskari-olub/75298
