# Paulo Dibalanın yeni klubu məlum olub: O, vətəninə qayıdır

**OMM Redaksiyası** · *2026-04-29T17:30:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/paulo-dibalanin-yeni-klubu-melum-olub-o-vetenine-qayidir/71235)

![Paulo Dibalanın yeni klubu məlum olub: O, vətəninə qayıdır](https://operativmm.az/storage/posts/paulo-dibalanin-yeni-klubu-melum-olub-o-vetenine-qayidir-353fe2.webp)

> Argentinalı hücumçu Paulo Dibala mövsümün sonunda "Roma" klubunu tərk edərək karyerasını ölkəsində davam etdirəcək.

---

Argentinalı tanınmış hücumçu Paulo Dibala cari mövsüm başa çatdıqdan sonra **"Roma"** klubundan ayrılacaq.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli futbolçunun karyerasını harada davam etdirəcəyi artıq bəlli olub.

**"ESPN"** nəşrinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçu vətəninə qayıtmağa qərar verib.

O, artıq Argentina təmsilçisi **"Boka Xuniors"** ilə ilkin razılıq əldə edib. Ulduz futbolçunun yeni komandasına azad agent statusunda, tamamilə pulsuz keçəcəyi vurğulanır.

Bu mövsüm Dibala paytaxt təmsilçisinin heyətində 23 rəsmi matçda meydana çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, cənubi amerikalı hücumçu 2012-ci ilin yayından etibarən İtaliyada çıxış edir. Bu illər ərzində o, **"Palermo"**, **"Yuventus"** və **"Roma"** kimi tanınmış klubların formasını geyinib.

---

Tags: #transfer #futbol #roma #paulo

Source: https://operativmm.az/az/post/paulo-dibalanin-yeni-klubu-melum-olub-o-vetenine-qayidir/71235
