# Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

**Mehman Mirzəzadə** · *2025-09-20T10:49:00+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/pasinyan-irevanla-baki-arasinda-faktiki-sulhun-berqerar-oldugunu-bildirib/59839)

![Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib](https://operativmm.az/storage/posts/d7ca7904e4a8abe.webp)

> Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını"...

---

Ermənistanla Azərbaycan arasında bir il yarımdan çoxdur de-fakto sülh bərqərar olub.

["Operativ Məlumat Mərkəzi-OMM"](https://operativmm.az/az) Ermənistan mediasına istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan partiyasının qurultayında "artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan xəttində atışmalar nəticəsində itkilərin olmadığını" bildirib.

O qeyd edib ki, Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb.

"Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu sülhdür", - Paşinyan əlavə edib.

---

Tags: #ermənistan #azərbaycan #bakı #paşinyan #başnazir #bərqərar #əsgər #faktiki

Source: https://operativmm.az/az/post/pasinyan-irevanla-baki-arasinda-faktiki-sulhun-berqerar-oldugunu-bildirib/59839
