# Neymar peşəkar karyerasında 500-cü qolunu vurdu

**OMM Redaksiyası** · *2026-11-30T01:25:23+04:00* · [operativmm.az](https://operativmm.az/az/post/neymar-pesekar-karyerasinda-500-cu-qolunu-vurdu/89380)

![Neymar peşəkar karyerasında 500-cü qolunu vurdu](https://operativmm.az/storage/posts/neymar-pesekar-karyerasinda-500-cu-qolunu-vurdu-09351e.webp)

> “Santos”un hücumçusu Braziliya A Seriyasının 37-ci turunda “Vitoriya” ilə oyunda dubl edib. Bu qollar Neymarın peşəkar karyerasındakı ümumi sayını 500-ə çatdırıb.

---

“Santos”un hücumçusu Neymar peşəkar karyerasında 500-cü qolunu vurub. Bu barədə insayder Fabrizio Romano məlumat verib.

Noyabrın 29-da keçirilən Braziliya A Seriyasının 37-ci turunun “Vitoriya” ilə qarşılaşmasında Neymar dubl edib. “Santos” həmin oyunda 3:2 hesabı ilə qalib gəlib.

34 yaşlı futbolçu klub səviyyəsində 402 qol vurub. Onun bu qollarının 161-i “Santos”, 126-sı PSJ, 114-ü “Barselona”, biri isə “Əl-Hilal”ın heyətində qeydə alınıb.

Neymar Braziliyanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında daha 98 qol vurub. Bunlardan 80-i əsas milli komandanın heyətində qeydə alınıb.

---

Tags: #neymar #santos #FabrizioRomano #Vitoriya #BraziliyaASeriyası

Source: https://operativmm.az/az/post/neymar-pesekar-karyerasinda-500-cu-qolunu-vurdu/89380
